Bakı metrosu yay qrafikinə keçir
İyulun 1-dən Bakı metropoliteninin Bənövşəyi xəttində yay qrafikinin tətbiqinə başlanılır.
"Cebheinfo.az" xəbər verir ki, xətt üzrə qatarların hərəkəti "Xocəsən-8 Noyabr" və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.
Qeyd edək ki, yay qrafikində qatarların "Avtovağzal-8 Noyabr" sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.
Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.
Bənövşəyi xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.
"Cebheinfo.az"


