Anardan qızından yazan yazıçıya sərt sözlər: ""Бездарный" adamdır"

Anardan qızından yazan yazıçıya sərt sözlər: ""Бездарный" adamdır"

Yazıçı Orxan Saffari Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın qızı Günel Anarqızı ilə bağlı sərt fikirlər səsləndirib.

O, “Facebook” sosial şəbəkə hesabında paylaşdığı geniş statusda Günel Anarqızının yaradıcılığını tənqid edib, onun ədəbi fəaliyyətini və yazıçı kimi qəbul olunmasını sual altına alıb.

Gənc yazıçı paylaşımında “Doğrudur, AYB sədri Anarın qızı Günel Anarqızı ədəbi dairələrdə, ümumən ədəbi elita arasında yazıçı kimi təsdiq olunmayıb. Ancaq başqa dairələrdə belə qəbul edilir. Bu səbəbdir ki, hazırda Bakı Kitab Mərkəzinin də direktoru odur. Onu deyim, Anar sədr, insan kimi necə olmasından asılı olmayaraq, istedadsız adam deyil.

Ancaq görünür, istedad Günel Anarqızına heç irsən də keçməyib. Bu, əslində, bir az da kədərlidir. Atan Anar olur, baban Rəsul Rza, nənən Nigar Rəfibəyli, sən isə ən yaxşı halda elə direktor ola bilirsən”, - deyə qeyd edib.

“Cebheinfo.az”-a açıqlamasında Xalq yazıçısı Anar həmin şəxsin istedadsız olduğunu düşündüyü üçün ona öz istedadından bir parça verməyə hazır olduğunu deyib:  

"Bəlkə onda adam oldu. Ona istedadımdan bir parça verərəm. Çünki görünür ki, tamamilə "бездарный" (bezdarnıy) adamdır. Günel də onun istedad payını verə bilər, mən də verə bilərəm. Bəlkə onda adam oldu”.

Əfsanə Rəcəb

“Cebheinfo.az”