Əli Baybaş Türkiyəyə qayıtmaq istəyir - FOTO

Əli Baybaş Türkiyəyə qayıtmaq istəyir - FOTO

Təxminən 40 il əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərinə gedərək orada qalan 77 yaşlı Əli Baybaş Türkiyəyə qayıtmaq üçün səlahiyyətli qurumlardan kömək istəyib.

“Cebheinfo.az” xəbər verir ki, əslən Türkiyənin Sivas vilayətinin Gürün rayonunun Kavak kəndindən olan Baybaş illərdir vətən həsrəti çəkdiyini bildirib.

İddialara görə, məhkəmə prosesində iştirak etmədiyi üçün Səudiyyə Ərəbistanını tərk etməsinə icazə verilməyən Əli Baybaş uzun illərdir Məkkədə yaşayır.

Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkən Baybaşın bədəninin bir hissəsinin iflic olduğu bildirilib. Səudiyyə Ərəbistanında yaşayan bir Türkiyə vətəndaşının dəstəyi ilə həyatını davam etdirən Əli Baybaş yaşadığı çətinliklərdən danışaraq səlahiyyətli qurumlara müraciət edib.

Baybaş, "Mən Sivasın Gürün rayonunun Kavak kəndindənəm. 1949-cu ildə anadan olmuşam. Artıq 40 ildir ki, buradayam. Burada məhkəmə iclası keçirilmişdi, lakin mən iştirak etmədim. Konsulluq mənə məhkəmənin tarixini bildirməmişdi.

Başımdakı yaralar yıxılma nəticəsində yaranıb. Tarazlığımı saxlaya bilmədim. Qolum, ayağım və belim iflic olub. Tək arzum Türkiyənin məni vətənə aparmasıdır", - deyib. 

Əfsanə
"Cebheinfo.az"