Bakı-Qazax yolunda qəza: Bir nəfər xəsarət aldı

Bakı-Qazax yolunda qəza: Bir nəfər xəsarət aldı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14:07-də Bakı-Qazax yolunun 1-ci kilometrliyində qeydə alınıb.

Belə ki, sürücü Ramal Anar oğlu Abbasov idarə etdiyi KIA markalı 77-GR-686 dövlət nömrə nişanlı avtomobilə nəzarəti itirib, nəticədə qəza baş verib.

Hadisə nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"