Yulian Naqelsmann Almaniya millisində işləməyə davam etmək istəyir
Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann dünya çempionatında mübarizəni dayandırdıqdan sonra komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
"Report" "Bild"ə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 1/6 finalda Paraqvay yığmasına uduzduqları (1:1, p. - 3:4) matçdan sonra fikirlərin bölüşüb.
O, komandadakı taleyinin bəlli olmadığını söyləyib:
"Millidə işləməyə davam etmək istəyirəm, buna hazıram. Amma futbolda hər şey səndən asılı deyil. Almaniya Futbol İttifaqı istəsə, komandanı Avropa çempionatına və Millətlər Liqasına hazırlamaqdan məmnun olaraq. İstəməsələr, bunu açıq şəkildə desinlər".
Xatırladaq ki, Yulian Naqelsmann 2023-cü ildən Almaniya millisində işləyir. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
"Cebheinfo.az"

