Trampa 321 brilyant qaşlı üzük bağışlandı

Trampa 321 brilyant qaşlı üzük bağışlandı

ABŞ Prezidenti Donald Tramp Antverpen Dünya Almaz Mərkəzindən (AWDC) hədiyyə olaraq 321 təbii brilyantdan ibarət qızıl üzük alıb.

“Cebheinfo.az” xəbər verir ki, hədiyyə ABŞ müstəqilliyinin 250 illiyi münasibətilədir.

AWDC sədri İsidor Mersel bildirib: "Birləşmiş Ştatları nəsillər boyu ən vacib ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii brilyantların əhəmiyyətli bir hissəsi sonda Amerika zərgərlərinə və istehlakçılarına yol tapır. Bu üzüklə bu güclü iqtisadi münasibəti qeyd etmək istədik". 

Üzük qızıldan hazırlanıb və 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədilib.

Hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayta təqdim edilib./"Yeni Sabah"

“Cebheinfo.az”