“Müharibə elə sabahdan başlaya bilər”
“İranın yenidən İsrailə raket zərbəsi endirəcəyi təqdirdə iki ölkə arasında müharibə elə sabahdan başlaya bilər”.
Bu barədə jurnalistlərə açıqlamasında İsrailin müdafiə naziri İsrael Katz bildirib.
Katz qeyd edib ki, İsrail Müdafiə Qüvvələrinə (IDF) zərurət yaranacağı halda İrana qarşı hərbi əməliyyat planı hazırlamaq tapşırılıb.
Nazirin sözlərinə görə, İranla müharibənin yenidən başlaması iki halda mümkündür ki, bunlardan biri də ABŞ Prezidenti Donald Trampın diplomatik danışıqların nəticəsiz qaldığını hesab edərək hücumları bərpa etməsidir.
Digəri isə İranın İsrailə hücumudur.
O, həmçinin bildirib ki, İsrail ABŞ-nin İranla bağlı diplomatik səylərinə mane olmaq istəmir. Bununla yanaşı, İsrailin İran, eləcə də digər cəbhələrdə öz təhlükəsizliyi ilə bağlı heç bir güzəştə getməyəcəyini deyib.
"Cebheinfo.az"


