Saatlı rayonunun Hacıqasımlı kəndində maarifləndirmə təlimi keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Saatlı rayonunun Hacıqasımlı kəndində növbəti maarifləndirmə təlimi təşkil olunub.
Təlim layihənin ikinci mövzusu olan “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi”nə həsr edilib.
Tədbirdə fermerlər və kənd sakinləri iştirak ediblər. İştirakçılara torpaq münbitliyinin qorunması barədə ətraflı məlumat verilib. Eyni zamanda əkin dövriyyəsinin düzgün təşkili, torpaq eroziyasının qarşısının alınması və su resurslarından səmərəli istifadə məsələləri izah olunub.
Təlimdə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin azaldılması istiqamətində müasir yanaşmalardan da danışılıb. Tədbir interaktiv formatda keçirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Fermerlərə və kənd sakinlərinə gündəlik təsərrüfat fəaliyyətində tətbiq edə biləcəkləri praktik tövsiyələr təqdim olunub.
Təlim kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"


