Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək
Yaxın günlərdə şəxsiyyəti müəyyən edilmiş bir neçə itkin-şəhidin nəşlərinin ailələrinə təhvil verilməsi həyata keçiriləcək.
"Cebheinfo.az" Report-a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov deyib.
O bildirib ki, 44 günlük müharibədən sonra mətbuata müsahibələr vermiş yüksək rütbəli Ermənistan hərbçiləri, o cümlədən vaxtilə Ermənistan müdafiə nazirinin müavini, sonradan Ermənistan parlamentinin deputatı olmuş general Qaqik Melkonyan, Samvel Babayan və digərləri itkin düşmüş Azərbaycan hərbçilərinin dəfn yerləri barədə məlumatlarının olduğunu dəfələrlə bildirsələr də, həmin məlumatlar hələ də Azərbaycan tərəfinə təqdim edilmir:
"Hətta Ermənistanın müdafiə nazirinin müavini olmuş general Manvel Qriqoryan mətbuata verdiyi müsahibələrdə azərbaycanlı əsirləri şəxsən saxladığını etiraf etməkdən belə çəkinməyib".
"Cebheinfo.az"


