"Azərbaycan 30 ildən artıqdır ki, itkin düşmüş şəxslər problemi ilə üz-üzədir"
Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq itkin düşmüş şəxslər probleminin həlli ilə bağlı məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, münaqişə reallığı bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir:
"İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. İtkin düşmüş hər bir ailənin faciəsi var. Azərbaycan bu problemlə 30 ildən artıqdır ki, üz-üzədir. İtkin dşümüş şəxslər məsələsi qlobal humatinar gündəmin priotet mövzusudur".
Nazir müavini deyib ki, Azərbaycan 2020-ci il noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış təxminən 2000-dən artıq erməni hərbçinin qalıqlarını qarşı tərəfə təhvil verib:
"Hərbçilərimiz bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçiriblər".
"Cebheinfo.az"

