Qusarda yol selin gətirdiyi palçıqdan təmizlənir - FOTOLAR

Qusarda yol selin gətirdiyi palçıqdan təmizlənir - FOTOLAR

Qusar rayonunun Laza kəndində intensiv yağıntılar nəticəsində sel yolun bəzi hissələrini palçıq kütləsi ilə örtüb.

Qusar Rayon İcra Hakimiyyətindən bildirilib ki, sel qısa müddət davam edib, hazırda vəziyyət nəzarət altındadır.

"Lazada heç bir ciddi problem yoxdur. Sel təxminən yarım saat davam edib və sonra səngiyib. Yolda kiçik həcmdə palçıq kütləsi yaranıb. Hazırda əraziyə cəlb olunan texnikalar tərəfindən təmizləmə işləri aparılır. Başqa hər hansı ciddi problem qeydə alınmayıb", - deyə İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində yaşayış evlərinə ziyan dəyməyib, xəsarət alan olmayıb və nəqliyyatın hərəkətinin tam bərpası istiqamətində işlər davam etdirilir.

"Cebheinfo.az"