Saatlı rayonunun Dəllər kəndində maarifləndirmə təlimi keçirilib

Saatlı rayonunun Dəllər kəndində maarifləndirmə təlimi keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində Saatlı rayonunun Dəllər kəndində layihənin ikinci mövzusu – “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi” üzrə növbəti maarifləndirmə təlimi keçirilib.

Təlimdə fermerlər və kənd sakinlərinə torpaq münbitliyinin qorunması, torpaq deqradasiyasının qarşısının alınması, əkin dövriyyəsinin düzgün təşkili, su resurslarından səmərəli istifadə və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin azaldılması istiqamətində müasir yanaşmalar barədə ətraflı məlumat verilib.

Tədbir interaktiv formatda təşkil olunub. İştirakçılar torpaqların münbitliyinin artırılması, quraqlıq şəraitində məhsuldarlığın qorunması və iqlim risklərinin idarə olunması ilə bağlı suallarını ünvanlayıb, praktik tövsiyələr əldə ediblər. Təlim kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az"