Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb

Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən-Xoşbulaq yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Ford" markalı mikroavtobusla minik avtomobili toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"