Daha Amerikada doğulanlara vətəndaşlıq verilməyəcək

Daha Amerikada doğulanlara vətəndaşlıq verilməyəcək

Prezident Donald Tramp sabah Ali Məhkəmə tərəfindən açıqlanması gözlənilən doğumla vətəndaşlıq hüququ ilə bağlı qərara münasibət bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, o, məhkəmənin verəcəyi istənilən qərara əməl edəcəyini deyib.

Tramp doğumla vətəndaşlıq hüququnun ölkə üçün "çox pis" olduğunu iddia edib:

“Bunu tətbiq edən yeganə ölkə bizik. Dünyada başqa heç bir ölkə doğumla vətəndaşlıq hüququ vermir. Bu, son dərəcə dağıdıcı və çox baha başa gələn bir sistemdir”.

Tramp, həmçinin Zohran Mamdaninin "sosialist namizədləri" dəstəkləməsi ilə bağlı suala cavabında bunu ABŞ üçün ciddi təhlükə adlandırıb.

“Məncə, bu, əslində ölkəmiz üçün böyük bir təhdiddir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidentinin fikrincə, "sosial demokrat" anlayışı əslində "kommunizm" deməkdir.

“Düşünürəm ki, bu, bəlkə də ölkəmizin yarandığı gündən bəri üzləşdiyi ən böyük təhlükədir. Mən bunu deyəndə, insanlar güləcəklər, amma ağıllı insanlar "Yəqin ki, o haqlıdır" deyəcəklər”, – deyə Tramp bildirib.

Əfsanə
"Cebheinfo.az"