Deputatın evində axtarış: Qızıl alt paltarı tapıldı
İraqda dövlət qurumlarını əhatə edən korrupsiya iddiaları ilə bağlı başladılan genişmiqyaslı əməliyyat son illərin ən böyük maliyyə qalmaqallarından biri kimi qiymətləndirilir.
"Cebheinfo.az" xəbər verir ki, təhlükəsizlik qüvvələri və maliyyə nəzarəti qurumlarının birgə apardığı istintaq çərçivəsində dövlət vəsaitlərinin qanunsuz şəkildə istifadə edildiyi, bəzi dövlət vəzifəlilərinin isə geniş maliyyə şəbəkəsinin tərkib hissəsi olduğu iddia edilir.
Əməliyyatın ən çox diqqət çəkən hissəsi deputat Hind əl-Abbasiyə qarşı keçirilən axtarış olub.
İddialara görə, axtarış zamanı müxtəlif yerlərdə gizlədilmiş təxminən 57 milyon ABŞ dolları nağd pul və 27 kiloqram xalis qızıl aşkar edilərək götürülüb.
Bundan əlavə, müsadirə edilən lüks və qeyri-adi əşyalar arasında qızıldan hazırlanmış alt paltarının da olduğu iddia edilir. Bu məlumatlar ictimaiyyətdə geniş rezonans doğurub.
Nigar Hacılı
"Cebheinfo.az"

