Qırğızıstan xarici işlər naziri Türkiyəyə səfər edəcək
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev iyulun 1-də Türkiyəyə rəsmi səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində onun birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında iştirakı planlaşdırılır. İclas iki dövlətin xarici işlər nazirləri səviyyəsində keçiriləcək.
"Cebheinfo.az"

