QHT “Dünya” TV-dən “Qayıdışa aparan yol” haqqında danışdı

QHT “Dünya” TV-dən “Qayıdışa aparan yol” haqqında danışdı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB) Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi Qayıdışa aparan adlı layihəsi çərçivəsində bu gün “Dünya” TV-nin efirində eyni adlı ikinci verilişini təqdim edib.

“Dünya” TV-nin baş aparıcısı Könül Rzazadənin təqdimatında efirə gedən verilişdə layihə rəhbəri və ictimai birliyin sədri Tahir Xudiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyəti üzvü, ədliyyə general-mayoru Hüseyn Əlixanov və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, Xocalı qətliamında oradan son çıxıb Böyük Zəfərdən sonra ilk qayıdanlardan biri olan Səriyyə Müslümqızı iştirak ediblər.

Tahir Xudiyev qeyd edib ki, Vətənimizi sevən milli ruhlu hər bir vətəndaş öz yerində müstəqil dövlətçiliyimizin qorunması və inkişafı üçün bacardığını əsirgəməməlidir. Hüseyn Əlixanov bildirib ki  “Qayıdışa aparan yol” layihəsi sanki mənim illər öncə yazdığım “Xaosdan Zəkaya Doğru” və “Qələbəyə Aparan Yol” adlı kitablarımda irəli sürülən real faktlara əsaslanır. Çünki qayıdışa aparan yol da elə 1988-1993-cü illərdəki xaosdan başlayıb.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı 1993-cü ilin iyunundan keçir, ardıcıl, sistemli və planlı şəkildə inkişaf edərək nəhayət bu günümüzə qədər əldə olunan bütün uğurlarımızın əsasını təşkil edən Heydər Əliyev ideyalarına əsaslanır, 2020-ci il Böyük Zəfərdən keçib gedir. Hazırda Xocalıda yaşayan Səriyyə xanım məhz bu verilişdə iştirak etmək üçün xüsusi olaraq Bakıya gəlib.

O, deyib ki, vaxtı ilə Xocalı faciəsi, Qarabağ həqiqətləri barədə həm respublikamızda, həm də xarici ölkələrdə tədbirlər keçirib təbiliğat aparanlardan biri də Tahir Xudiyev olub.

Bu layihənin də həqiqətən çox vacib olduğunu vurğulayaraq, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqəyə təqdim olunan 900-dən çox layihə içərisindən bu layihəyə də maliyyə dəstəyi göstərməsinin müsbət hal olduğunu qeyd edib.

Sonda Tahir müəllim Hüseyn Əlixanovun “Xaosdan Zəkaya Doğru” adlı kitabından sitat gətirərək:”...həyat- təkcə şad və xürrəm keçən günlərdən, səadət dolu xoşbəxt anlardan ibarət deyil. Gərəkdir ki, onun da qarını, çovğununu, necə deyərlər, bəzi insanlara xas olan astar üzünü görməyi bacarasan”-deyərək, ictimai birliklərin də köməyə ehtiyacı olan insanlarla maarifləndimə işləri aparmasının, onlara mənəvi dəstək göstərilməsinin, problemlərini öyrənərək aidiyyəti dövlət qurumlarının köməyi ilə müsbət həllinə çalışmalarının dövlətimizin sosial siyasətinə ictimai dəstək olmasını vurğulayıb.

Həmçinin ictimai birliyin üzvlərinin mədəni istirahətinin təşkili daima diqqət mərkəzindədir. Bunun üçün “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvlərinə diqqətlə yanaşan Azkonsert MMC, Emki Production kollektivinə, digər özəl və dövlət mədəniyyət ocaqlarının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Link: https://youtu.be/VEvIXg0voY4?si=59-PBsDOPohKvWQN

"Cebheinfo.az"