“İsrail Paşinyanı axmaq vəziyyətə salıb”
Xəbər verdiyimiz kimi, 28 iyunda İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təklif etdiyi, 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri “erməni soyqırımı” olaraq tanıyan qətnaməni təsdiqləyib.
Bu isə Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan Ermənistan Baş naziri Nikol Paşinyanı çətin duruma salıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Московский комсомолец” yazıb.
“Elə görünə bilər ki, İsrailin qərarı Ermənistan üçün böyük uğurdur. Lakin Ermənistanın Baş naziri, çox güman ki, bundan heç də məmnun deyil”,-deyə məqalədə bildirilir.
Nəşrin məlumaıtna görə, Təl-Əviv və Ankara arasında münasibətlərin pisləşməsi fonunda İsrailin Osmanlı İmperiyasında baş verən hadisələri “soyqırımı” kimi tanıması Baş nazir Nikol Paşinyanın mövqeyini sarsıdıb.
“Deyəsən, İsrail ona xain zərbə vurub, onu axmaq vəziyyətə salıb, çünki Paşinyan “soyqırımı”n beynəlxalq səviyyədə tanınması məsələsinin artıq Ermənistanın xarici siyasət gündəliyində olmadığını bildirir.
O, bunun daxili gündəmdən də silinməsini, ictimai şüurdan çıxarılmasını istəyir ki, ermənilər travmanı unutsunlar. Əks halda, türklərlə dostluq etməli olduqlarını necə izah etmək olar?”, - deyə nəşr yazıb.
Xəzər
“Cebheinfo.az”

