Əmlaka dair qərar məhkəmədə mübahisələndiriləcək
Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxslə bağlı prosedur müəyyənləşir, üzərinə həbs qoyulan əmlakla əlaqədar qərar məhkəmə nəzarəti qaydasında mübahisələndiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə əlavə edilməsi təklif olunan yeni - 99-1-ci maddədə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
"Cebheinfo.az"

