Göyçayda qəza olub: Maşın kanala aşıb

Göyçayda qəza olub: Maşın kanala aşıb

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Daha sonra avtomobil su kanalına düşüb. Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür.

"Cebheinfo.az"