İranın dondurulmuş aktivləri geri qaytarılacaq
İranın neft və neft-kimya sahələrinə sanksiyalar ləğv edilib və dondurulmuş 6 milyard dollar həcmində vəsait Qətər vasitəsilə geri qaytarılacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian belə deyib.
Prezident dondurulmuş aktivlərin 6 milyard dollarının açılaraq Qətər vasitəsilə geri qaytarılmasını İran xalqı üçün “böyük qələbə” adlandırıb.
Pezeşkian sülh müqaviləsinin bir hissəsi kimi, neft və neft-kimya sanksiyalarının qaldırıldığını qeyd edib. Quma səfəri zamanı Höccətullah Şöbeyri Zəncani ilə görüşü zamanı çıxış edən Məsud Pezeşkian 6 milyard dolların İranın Qətərdə saxlanılan 12 milyard dollarlıq vəsaitinin bir hissəsi olduğunu deyib.
Prezident qalan məbləğin qaytarılması üçün işlərin davam etdiyini deyib.Hökumət başçısının sözlərinə görə, vəsaitlərin ayrılması və sanksiyaların yumşaldılması İsveçrədəki danışıqlarda, eləcə də İslamabaddakı anlaşma memorandumunda əldə edilən razılaşmaların tərkib hissəsidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

