Qalibaf: Uranın zənginləşdirilməsi İranın "qırmızı xətti"dir

Qalibaf: Uranın zənginləşdirilməsi İranın "qırmızı xətti"dir

Uranın zənginləşdirilməsi İranın nüvə məsələsində "qırmızı xətti"dir.

Bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müsahibəsində deyib.

"Nüvə sahəsində, təbii ki, biz NPT-nin (Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin) üzvləriyik və AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə əməkdaşlıq edirik. Bu sahədəki qırmızı xəttimiz aydındır; zənginləşdirmə bizim hüququmuzdur", - o bildirib.

Qalibafın sözlərinə görə, İran NPT üzrə öhdəliklərə əməl edir:

"Lakin bu məsələ müzakirə mövzusu deyil. Bunlar bizim gücümüzün tərkib hissələri və Amerikaya qarşı sığortadır".

"Cebheinfo.az"