Moskva vilayətində raket xəbərdarlığı elan edildi

Moskva vilayətində raket xəbərdarlığı elan edildi

Moskva vilayətində raket hücumu təhlükəsi ilə bağlı həyəcan siqnalı işə düşüb.

Musavat.com xəbər verir ki, aidiyyəti dövlət qurumları təcili bəyanat yayaraq yerli sakinləri dərhal təhlükəsiz yerlərə çəkilməyə çağırıb.

Fövqəladə Halların Xəbərdarlığı üzrə Vahid Dövlət Sisteminin əhaliyə göndərdiyi rəsmi bildirişdə vətəndaşlardan evlərini tərk etməmək, pəncərələrdən uzaq durmaq və ya dərhal sığınacaqlara keçmək tələb olunur. Küçədə və ya nəqliyyatda olan şəxslərə isə ən yaxın yeraltı keçidlərə və ya dayanacaqlara sığınmaq tövsiyə edilib.

Xəbərdarlıqda həmçinin qeyd olunub ki, hadisə ilə əlaqədar mobil internet xidmətində kəsintilər yarana bilər. Bununla yanaşı, hava hücumundan müdafiə (HHM) sistemlərinin və pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini videoya və ya fotoşəkilə çəkməyin qəti qadağan olduğu xüsusi vurğulanıb.

Hava məkanı tamamilə qapadıldı

L

Yaranan təhlükə səbəbindən Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") dərhal hərəkətə keçib. Paytaxtın əsas hava limanları olan "Vnukovo", "Domodedovo", "Jukovski" və "Şeremetyevo"da təyyarələrin qəbulu və uçuşu müvəqqəti olaraq tam dayandırılıb.

Hazırda bölgədə ciddi təhlükəsizlik tədbirləri görülür və əhaliyə ayıq-sayıq olmaq barədə xəbərdarlıq edilib.

​​​​​​"Cebheinfo.az"