SEPAH ABŞ ilə dil tapdı

SEPAH ABŞ ilə dil tapdı

Adı açıqlanmayan Ağ Ev rəsmisi İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə ABŞ Mərkəzi Komandanlığı arasında böhran rabitə kanalının açıq olduğunu bildirib.

Onun sözlərinə görə, artıq hər iki tərəf kanaldan istifadə edir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Wall Street Journal" yazır.Nəşrin məlumatına görə, gərginliyi azaltmaq üçün ABŞ İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə ABŞ Mərkəzi Komandanlığı arasında böhran rabitə kanalının yaradılması üçün addımlar atıb. Ağ Ev rəsmisi münaqişələrin aradan qaldırılması kanalının açıq olduğunu və artıq hər iki tərəf tərəfindən istifadə edildiyini bildirib.

Çərşənbə axşamı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran və ABŞ İsveçrədə danışıqlardan sonra siyasi rabitə kanalı yaradıblar, lakin heç bir hərbi rabitə kanalı mövcud deyil.

Xəzər
“Cebheinfo.az”