"Araz" müştəriyə 20 il əvvəl paketlənən xarab toyuq satıb - FOTO

"Araz" müştəriyə 20 il əvvəl paketlənən xarab  toyuq satıb - FOTO

"Araz" marketin Sumqayıt filialında müştəriyə üzərində 20 il əvvəl paketləndiyi göstərilən və xarab olmuş toyuq satılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə "Müştəriyəm, şikayətim var" səhifəsində paylaşım edilib.

Alıcı yazıb:"Bu gün Sumqayıtda bazarın yanındakı "Araz" supermarketdən "Mərcan" toyuğunun sinəsini alıb, gətirib verdilər, açmadan çox pis iy vurdu. 

Demək olar ki, sinə iylənib, qoxusu ürəkbulandırıcı idi. Ən əsası da üstündəki tarix məni dəhşətə gətirib, 20 ildir paketlənib bu sinə, ay "Araz" market?

Şəxsidə yazdım, əhəmiyyət vermədilər deyə məcbur burada paylaşdım, niyə belə məhsul satırsız, düşünmürsünüz ki, qida zəhərlənməsi olar, insanlar yazıqdır?

Bunun məsuliyyətini kim daşıyır indi?" Paylaşıma çox sayda rəy yazılıb. "Mərcan" məsələnin araşdırılacaöını bildirsə də, "Araz" market şikayətə hələlik münasibət bildirməyib.

Elnarə

"Cebheinfo.az"