Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib.

"Cebheinfo.az" xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.

Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys yerinə yetiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.

Eyni zamanda, iyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

Sərnişinlər qatarların yenilənmiş hərəkət cədvəli ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.

"Cebheinfo.az"