ABŞ-nin Qəzza zolağı üçün yeni PLANI
ABŞ İsrailə Qəzza zolağını yenidən qurmaq üçün yeni təkliflər təqdim edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Vaşinqtonun əvvəlcə HƏMAS-ı tərksilah etmədən tikintiyə başlamağı təklif etməsi diqqəti cəlb edib.
Trampın sülh planına görə, ikinci mərhələ HƏMAS-ı tərksilah etməyi əhatə etməli idi və bundan sonra Qəzzanın yenidən qurulmasına başlanacaqdı.
Lakin indi HƏMAS-ın tərksilah planının dayandırıldığı görünür. Ona görə də Vaşinqton dərhal üçüncü mərhələyə, yenidənqurmaya keçmək istəyir.
Təklif İsraildən su və elektrik sistemlərinin bərpası da daxil olmaqla, böyük infrastruktur layihələrinə icazə verməsini tələb edir.İsrail hökuməti hələlik bu təşəbbüsə münasibət bildirməyib. Lakin Təl-Əvivin belə bir addımı qəbul etmə ehtimalı azdır.
Trampın bu addımı çarəsizlik kimi qiymətləndirilir. İranla müharibədən sonra Qəzza sülh prosesi çıxılmaz vəziyyətə düşüb və boşluğu aradan qaldırmaq üçün addımlar atılmalıdır.
Bundan başqa, ərəb və müsəlman ölkələrindən gözlədiyi vəsaiti almaq üçün Qəzzanın yenidənqurma prosesi irəliləməlidir.
Məhz buna görə də HƏMAS-ın tərksilah edilməsində nəticə əldə edə bilməyən Vaşinqton birbaşa növbəti mərhələyə keçmək istəyir.
Müşfiq Abdulla
“Cebheinfo.az”

