Okeanların istiləşməsi rekord həddə çatdı

Okeanların istiləşməsi rekord həddə çatdı

Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidməti və “Copernicus” Dəniz Xidməti okeanlarda qeydə alınan rekord istilik göstəricilərini müstəqil şəkildə təsdiqləyib.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin direktoru Carlo Buontempo bildirib ki, temperaturun yüksəlməsi yeni bir dövrün başlanğıcından xəbər verə bilər.

Onun sözlərinə görə, okean sularının temperaturunun bu qədər yüksək olması və El Nino hadisəsinin yaxınlaşması qarşıdakı aylarda yeni istilik rekordlarının qeydə alınmasına səbəb ola bilər.

Buontempo qeyd edib ki, dünya indiyədək müşahidə olunmayan bir dövrə doğru irəliləyir.Məlumata görə, qütb bölgələri istisna olmaqla, qlobal okeanların səth temperaturu iyunun 21-də rekord həddə çataraq 2023 və 2024-cü illərdə qeydə alınmış göstəriciləri geridə qoyub.

“Copernicus! İqlim Dəyişikliyi Xidməti okean səthinin orta temperaturunun 20,86 dərəcəyə yüksəldiyini açıqlayıb.

Bu göstərici 2023 və 2024-cü illərdə qeydə alınan 20,83 dərəcəlik əvvəlki rekorddan yüksəkdir.

“Copernicus” Dəniz Xidməti isə temperaturu 21 dərəcə olaraq qeydə alıb və əvvəlki rekordu 0,1 dərəcə üstələdiyini bildirib.

İngiltərədəki University of Reading universitetinin iqlim elmləri üzrə professoru Richard Allan bildirib ki, fosil yanacaqlardan istifadənin nəticəsində atmosferə buraxılan böyük həcmdə istixana qazları planetin istiləşməsinə səbəb olur. Alimin sözlərinə görə, okeanlar Yer üzərində yaranan artıq enerjinin 90 faizindən çoxunu udur.

O qeyd edib ki, okean sularının temperaturunun artması və El Nino hadisəsinin təsiri iqlim dəyişikliyi ilə bağlı narahatlıqları daha da gücləndirir.

Pierre-Yves Le Traon, Mercator Ocean International təşkilatının elmi direktoru kimi çıxışında bu tendensiyanın müşahidə edilməsinin həqiqətən də ciddi narahatlıq doğurduğunu vurğulayıb.

Gülər 
"Cebheinfo.az"