Azərbaycanda pul bazası 24,4 mlrd. manata yaxınlaşıb
Bu il iyulun 1-i tarixinə Azərbaycanda pul bazası 24 milyard 381.2 milyon manata bərabər olub.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, son bir ayda pul bazası 1,14% artıb.
İllik müqayisədə isə pul bazası 13,55% artıb.
"Cebheinfo.az"

