"Atletiko" Koke ilə müqavilənin müddətini uzadıb

"Atletiko" Koke ilə müqavilənin müddətini uzadıb

İspaniyanın "Atletiko" klubu təcrübəli futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına qədər anlaşma imzalanıb.

Klubun yetirməsi eyni zamanda kapitanı olan futbolçu 2025/2026 mövsümündə 56 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Transfermarkt" portalı onun dəyərini 5 milyon avro qiymətləndirir.

"Cebheinfo.az"