Safaryan: "TRİPP Ermənistan-ABŞ layihəsidir"
Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskvanın TRIPP-də iştirakının layihəyə fayda verəcəyi barədə fikirlərinə münasibət bildirib.
“Yeni Sabah" Newsarmenia-ya istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan qeyd edib:
"Hazırda TRIPP Ermənistan-ABŞ formatında həyata keçirilir, saziş imzalanıb və icra mərhələsindədir. Gələcəklə bağlı hər hansı fikir bildirmək istəməzdim”.
Safaryan əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ-nin normaları ilə tənzimlənir.
"Cebheinfo.az"

