Qazaxıstan parlamentinə seçkilər bu tarixdə keçiriləcək

Qazaxıstan parlamentinə seçkilər bu tarixdə keçiriləcək

Qazaxıstanda Kurultay adlanan birpalatalı yeni parlamentə ilk seçkilər 23 avqustda keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanında deyilir.

Həmçinin Fərmanla Qazaxıstanın Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanmasını və keçirilməsini təşkil etmək, respublikanın hökumətinə və regionlardakı yerli hakimiyyət orqanlarına isə onların təşkili və maddi-texniki təminatı üzrə tədbirlər görmək tapşırılıb. Fərman dərc edildiyi andan qüvvəyə minib.

Qeyd edək ki, Qazaxıstanın yeni Konstitusiyası bu gün, iyulun 1-də qüvvəyə minib. Yeni Konstitusiya 5 illik müddətə seçiləcək və 145 deputatdan ibarət olacaq birpalatalı parlamentə keçidi nəzərdə tutur. Deputatlar Kurultaya yalnız partiya siyahıları ilə seçilə biləcəklər.

"Cebheinfo.az"