Bazar günü imtahan keçiriləcək

Bazar günü imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

"Cebheinfo.az" xəbər verir ki, II ixtisas qrupu üzrə imtahanda 18908, III ixtisas qrupu üzrə imtahanda isə 22714 nəfər olmaqla, ümumilikdə 41622 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. 

"Cebheinfo.az"