Daha bir futbolçu FIFA-nın yeni qaydalarının qurbanı oldu - VİDEO
DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Meksika-Ekvador görüşündə daha bir futbolçu FIFA-nın yeni qaydalarının qurbanı olub.
"Cebheinfo.az" xəbər verir ki, matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Ekvadorun müdafiəçisi Pyero İnkapie birbaşa qırmızı kartla meydandan qovulub.
O, Meksikanın hücumçusu Santi Ximeneslə mübahisə edərkən əli ilə ağzını tutduğu üçün cəzalandırılıb.
FIFA-nın yeni qaydalarına əsasən, rəqiblə və ya hakimlə mübahisə edərkən təhqiramiz ifadələri gizlətmək məqsədilə ağzı əllə örtmək birbaşa qırmızı kartla nəticələnir. İnkapie bu turnirdə yeni qaydaya görə cəzalandırılan ikinci futbolçu olub. Daha öncə qrup mərhələsində keçirilən Türkiyə-Paraqvay oyununda paraqvaylı futbolçu Mikel Almiron analoji səbəbdən meydandan qovulmuşdu.
"Cebheinfo.az"

