Mərkəzi Bankın valyuta ehtiyatları 13 mlrd. dolları ötüb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il iyulun 1-i tarixinə 13 milyard 157.6 milyon dollara çatıb.
"Cebheinfo.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları son bir ayda 3,5%, son bir ildə isə 18% artıb.
"Cebheinfo.az"

