Trampın sevimli mahnısının ifaçısı öldü
“Village People” qrupunun solisti və ABŞ Prezidenti Donald Trampın ən sevdiyi mahnının ifaçısı Viktor Uillis vəfat edib.
“Cebheinfo.az”-ın məlumatına görə, qrup musiqiçinin ölümünü rəsmi saytında elan edib.
Donald Trampın rəqs etdiyi “YMCA” mahnısı ABŞ Prezidentinin son illərdəki ictimai çıxışlarının musiqili vizit kartına və siyasi karyerasının unikal simvoluna çevrilib.
74 yaşlı Uils qısa, lakin ağır xəstəlikdən dünyasını dəyişib. 1977-ci ildə qurulan “The Village People” qrupu disko dövrünün ikonlarından birinə çevrilin və parlaq rəngli geyimləri ilə dünya miqyasında şöhrət qazanıb.
Uils “Village People” qrupunun qurucularından biri olub. O, qrupun ən məşhur mahnılarından bəzilərinin, o cümlədən “YMCA”, “Macho Man” və “In the Navy” mahnılarının həmmüəlliflərindən biri olub.
Müşfiq Abdulla
“Cebheinfo.az”

