Razılıq verildi: İrana 3 milyard göndərilir
Dohada İranın dondurulmuş aktivlərindən 3 milyard dolların Tehrana verilməsi barədə ilkin razılıq əldə olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al Hadath" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, Dohada Qətərlə Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında texniki səviyyədə dolayı danışıqların başlayıb.
Hər iki ölkənin baş müzakirəçiləri bu görüşlərdə iştirak etməyiblər.
Xəzər
"Cebheinfo.az"

