Xameneyinin dəfninə görə əfv veriləcək
28 fevralda ABŞ-İsrail hava hücumunda öldürülən Ali Lider Əli Xameneyi ilə vida mərasimi ərəfəsində İran hakimiyyəti yüngül cinayətlər törətmiş ən azı 850 məhbusun əfvi barədə qərar qəbul edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İranda Maliyyə Kompensasiyası üzrə Xalq Qərargahının Himayəçilər Şurasının sədri Seyid Əsədullah Culayi açıqlama verib.
"Qəsdən cinayətlərdə məhkum edilmiş 850 məhbusun azadlığa buraxılmasını asanlaşdırmaq üçün bazar günü dövlət və ictimai qurumların nümayəndələri ilə bütün 31 əyalətdən daxil olan işləri müzakirə etmək üçün xüsusi görüş keçirilib. Nəticədə, maliyyə öhdəliklərinə görə cəza çəkən 520 nəfərin, eləcə də nikah müqavilələri və aliment ödənişləri ilə bağlı digər işlərdə məhkum edilmiş 330 məhbusun azadlığa buraxılması qərara alınıb", - deyə o bildirib.
İranın Ali Lider Əli Xameneyinin vəfatı ilə bağlı yas mərasimləri 3 iyulda Tehranda başlayacaq. Mərasimlərdə ən azı 30 ölkədən yüksək vəzifəli nümayəndə heyəti iştirak edəcək.
4-5 iyul tarixlərində Əli Xameneyinin cənazəsi hər “Müsəllah”da (Tehranın ən böyük dini və ictimai kompleksi) vida üçün qoyulacaq. İyulun 6-da şəhərin əsas küçələrindən dəfn mərasimi keçiriləcək.
Dəfn mərasimindən sonra onun cənazəsi İran paytaxtına, daha sonra isə İranın əsas dini mərkəzi olan Quma aparılacaq və orada 7 iyulda dəfn mərasimləri keçiriləcək. Xameneinin dəfn mərasimi iyulun 9-da doğulduğu Məşhəd şəhərində yekunlaşacaq.
Xəzər
“Cebheinfo.az”

