Şəkidə “Arılar təbiətin dostudur” mövzusunda ilk təlim-görüş keçirilib
2026-cı ilin İyun ayının 30-da və İyul ayının 1-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə BP Şirkətinin birgə maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək” layihəsi çərçivəsində “Arılar təbiətin dostudur” mövzusunda təlim-görüşlər təşkil olunur.
İlk tədbiri “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev açıb. O, layihəni maliyələşdirən və icra edən təşkilatlar, həmçinin icra olunan layihə haqqında iştirakçılara geniş məlumat verib. Daha sonra o, təlim-görüşlərdə iştirak edəcək ekspert, Biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov və Təlimçi, təcrübəli arıçı mütəxəssis və Şəki Peşə Kollecinin Arıçılıq şöbəsinin müəllimi Etibar Rəhimovu iştirakçılara təqdim edib.
Layihə rəhbəri mövzunun təqdimatı üçün sözü təlimçi E. Rəhimova verib. Təlimçi, öncə özü haqqında qısa məlumat verib və tədbirin qaydalarını iştirakçılara izah edib. Sonra, o, arıçılıqla bağlı təcrübələrindən və arıçı olması ilə bağlı tarixçədən danışıb. Qeyd edib ki, hazırda bu layihə və təqdimatların mövzusu region üçün çox vacib və aktual məsələlərdəndir. Belə ki, arı ailələrinin artırılması və meşə arıçılığının inkişafı, bu gün həm ekologiyanın qorunmasına və həm də regionun iqtisadi inkişafında əsas yer tutan kənd təsərrüfatının genişləndirilməsinə müsbət təsirini göstərir.
Həmçinin, təlimçi qeyd edib ki, layihə çərçivəsində 6 tədbir nəzərdə tutulur. İştirakçıların bu tədbirlərdə arıçılığın sirrləri ilə yaxından tanış olacaqları bildirilib. Çay fasiləsindən sonra iştirakçılardan arıçı fermer Məhəbbət Həşimova, Elnurə Nağıyeva, şirniyatçı sahibkar Nübar Rəfiyeva öz çıxışlarında qeyd ediblər ki, bu təlimdə təqdim olunan bütün təqdimat və mövzular öz aktuallığı ilə seçilir və bu gün istər ekoloji baxımdan və istərsə də insanların sağlam qidalanması ilə bağlı bir çox problemlər var ki, onların həll olunması və biomüxtəlifliyin qorunması istiqamətində belə layihələrin keçirilməsinə çox böyük ehtiyac var.
“Arılar təbiətin dostudur” mövzusunun davamı ilə 01.07.2026-cı il tarixdə növbəti təlim keçirilib. Həmin tədbirdə təlimçi mütəxəssis E. Rəhimov, arı ailələrinin formalaşmasın, artırılması, yeni arı pətəklərinin yaradılması və arıçılıq məhsullarının istehsalı ilə bağlı çox geniş məlumat verib.
İştirakçıların əksəriyyəti arıç-fermerlər və arıçılıqla məşğul olan həvəskarlar olduğundan təlimçi, bu təlimdə daha çox suallar üzərində işləyib.
İştirakçılardan Aynur Nağıyeva, Adilə Məmmədova, Elnur Musaəvi, Aynurə Yusifova, Fizzə Məmmədli ana arıların yetişdirilməsi, arı pətəklərinə düzgün qulluq edilməsinin də vacib olduğunu qeyd ediblər.
Çay fasiləsindən sonra mövzu ilə bağlı ekspert Biologiyə üzrə Filologiya doktoru Qüdrət Bəkirov çıxış edib. O, təlim iştirakçılarına öz tövsiyyələrini verib.
Bu layihənin regionumuz üçün daha vacib olduğunu qeyd edən ekspert, ekosistemin tarazılığının qorunması və gələcək nəslin inkişafında müsbət təsirindən danışıb. Hər iki təlim-görüş hərəsi 4 saatdan çox olmaqla məhsuldar və interaktiv şəraitdə keçib.
Təlimin sonunda layihə rəhbəri Möhübbəli Nağıyev çıxış edib, layihə çərçivəsində daha 4 təlim-görüşün keçiriləcəyini və növbəti təlimlərin 15 və 16 İyul 2026-cı il (və 03-04 Avqust 2026-cı il) tarixlərində keçiriləcəyini iştirakçıların nəzərinə çatdırıb.
"Cebheinfo.az"

