İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4300-ə yaxınlaşır
Martın 2-də eskalasiya başlayandan bəri İsrail Müdafiə Ordusunun Livan ərazisinə hücumları nəticəsində 4 297 nəfər həlak olub, 12 196 nəfər xəsarət alıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, aprelin 16-dan qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, İsrailin Livanın cənubuna və paytaxt Beyruta hücumları davam edir.
"Cebheinfo.az"

