Merve ana olacaq
Türkiyəli aktrisa Merve Dizdar ilk dəfə ana olmağa hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı şou yazarı Birsen Altuntaş məlumat paylaşıb.
O bildirib ki, aktrisa üç aylıq hamilədir və onun oğlu olacaq.
Qeyd edək ki, Merve Dizdar 2024-cü ildə biznesin inkişafı üzrə menecer Cihan Aygerlə ailə həyatı qurub.
Sənətçi daha əvvəl “Kral Kaybederse”, “Kırgın Çiçekler”, “Mucize Doktor” kimi məşhur seriallarda rol alıb.
"Cebheinfo.az"

