"Bakı İctimai Əməkdaşlıq Mərkəzi" Yasamal Rayon Bələdiyyəsində tədbir keçirib
"Bakı İctimai Əməkdaşlıq Mərkəzi ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyiilə "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin ikinci tədbiri Yasamal rayon Bələdiyyəsinin təşkilati dəstəyilə 30 iyun 2026-cı il tarixində Yasamal Rayon Bələdiyyəsinin konfrans zalında həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Yasamal rayon Bələdiyyəsinin şöbə müdiri Ruhiyyə Bayramova tədbiri açaraq qonaqları və iştirakçıları salamlayıb. Ulu öndər Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib. Ruhiyyə Bayramova layihənin əsas məqsədinin dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiyayaqarşı mübarizə və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi sahəsində maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edərək sözü Rauf Zeyniyə təqdim edib.
Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq bu layihəyə maliyyə dəstəyi verdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsinə təşkilati dəstək verdiyinə görə Yasamal Rayon Bələdiyyə sədri cənab Tahir Məmmədova minnətdarlığını bildirərək, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin təşəkkürnamə plaketini Ruhiyyə Bayramovaya təqdim edib.
Daha sonra Rauf Zeyni slayd təqdimatı iştirakçıların diqqətinə çatdırıb və "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" layihəsininin bu gün ictimai əhəmiyyətini və mahiyyətini qeyd edib, slayd təqdimat çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ictimai nəzarətlə bağlı bəzi çıxışları təqdim olunub və iştirakçılar təfindən böyük maraqla qarşılanıb.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Bəhram Şeydayev, ASQB-nin sədri Zemfira Ağayeva, "Sağlam Yaşa" GM İB-nin sədri Tələt Qəribov, müstəqil ekspert Fərman Rzayev, "Səma və Eko" SİİY İB-nin sədri İradə Həsənova, Beynəlxalq Qadın Klubunun İH-nin üzvü Elmira İsmayılova, "Dünya Ana və Uşaq" İB-nin sədri Dünyaxanım Əliyeva çıxış edərək belə layihərin bələdiyyələrlə birgə keçirilməsinin, şəffaflığın və ictimai nəzarətin artırılmasının, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin, məmur özbaşınalığı, vətəndaş məmnunluğu, islahatların effektivliyinin artırılması, narkomaniyaya qarşı mübarizə, ictimai iştirakçılığın və ictimai müzakirənin əhəmiyyətindən danışaraq öz dəyərli fikir və təkliflərini bildiriblər.
"Bakı İctimai Əməkdaşlıq Mərkəzinin layihə çərçivəsində daha beş rayonun bələdiyyəsilə müvafiq tədbirləri iyul ayının birinci yarısında həyata keçiriləcək.
"Cebheinfo.az"

