Lyeyen İrəvanda Moskvaya sərt mesaj verdi

Lyeyen İrəvanda Moskvaya sərt mesaj verdi

“Ermənistan Rusiyanın ciddi, zorakılıq həddində olan iqtisadi təzyiqi ilə üzləşir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyeyen 2 iyulda İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə brifinq zamanı bildirib.

Bu baxımdan, Lyeyen əmin edib ki, tərəfdaşlara təzyiq gücləndikdə, Aİ dəstək verir.

Avropa Komissiyasının rəhbəri ixrac agentliyinin yaradılmasını dəstəkləmək üçün 18 milyon avro ayırmaq niyyətində olduğunu açıqlayıb. 

Bu, 52 milyon avroluq yardım paketinin bir hissəsidir. Lyeyen Ermənistan ixracının əsas hissəsini (əvvəllər Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının və spirtli içkilərin 80-90 faizi) Avropa bazarına yönləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, çiçək ixracı yeni münasibətlərin başlanğıcının gözəl bir simvoluna çevrilib.

Diversifikasiyanı sürətləndirmək üçün Aİ ekspertləri bu ayın əvvəlində ixracatçılarla işləmək və onlara güzəştli əməkdaşlığın təklif etdiyi bütün imkanlardan yararlanmağa kömək etmək üçün Ermənistana səfər edəcəklər.

Xəzər
“Cebheinfo.az”