İsti havada sərinləmək üçün maraqlı üsula əl atdılar - VİDEO

İsti havada sərinləmək üçün maraqlı üsula əl atdılar - VİDEO

Çinin Şansi əyalətində yüksək hava temperaturunun aşağı salınması üçün maraqlı üsuldan istifadə edilir.

“Qafqazinfo” xəbər verir ki, əyalətin Yunçenq şəhərində yaşayış qəsəbələrindən birində hündürmərtəbəli yaşayış binalarının damlarında havaya narın su damcıları püskürən xüsusi sistemlər quraşdırılıb. 

Bu sistemlər temperaturun aşağı düşməsinə kömək edərək sakinləri boğucu istilərdən xilas edir.

Sözügedən sistemin görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə geniş yayılıb və maraqla qarşılanıb. 

Həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"