Simonyan prezidentlikdən imtina etdi
Ermənistan Milli Məclisinin sədri Alen Simonyan onun respublika prezidenti vəzifəsini tuta biləcəyi ilə bağlı mediada yayılan məlumatları "absurd" adlandırıb.
"Cebheinfo.az"-ın məlumatına görə, O jurnalistlərə açıqlamasında belə deyib:
"Mən bu barədə düşünmürəm də. Mən heç vaxt heç kimlə belə bir şey müzakirə etməmişəm. Mən bunu yersiz hesab edirəm".
Parlamentin rəhbəri əlavə edib ki, Ermənistanın hazırda dövlət başçısı var və, ona dərin hörmətlə yanaşır:
"Ona görə də bu kontekstdə kadr dəyişiklikləri barədə hər hansı bir söhbət əsassızdır".
Simonyan, həmçinin aktiv siyasətdən getməsinin mümkünlüyünü də istisna edərək, seçki kampaniyası zamanı vətəndaşlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə davam etmək niyyətində olduğunu qeyd edib.
Müşfiq Abdulla
"Cebheinfo.az"

