Paşinyan: “Azərbaycan və Türkiyə Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”
“Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərinin çəkilməsi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu İrəvanda Avropa Komissiyasının prezidenti Ursula Fon Der Leyen ilə birgə mətbuat konfransında bildirib.
Ermənistan hökumətinin başçısı qeyd edib ki, nəqliyyat əlaqələrinin açılması kontekstində nəqliyyat əlaqələrinin təmin edilməsi ilə paralel olaraq Türkiyə və Azərbaycan da daxil olmaqla enerji əlaqələrinin genişləndirilməsi də vacibdir.
"Bu, həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə biləcək elektrik ötürücü xətlərinin və birləşdiricilərinin tikintisinə aiddir", - Paşinyan bildirib.
Öz növbəsində, hazırda güzəştli qiymətə tədarük edilən Rusiya qazının qiymətinin mümkün artımını şərh edən Lyeyen, sistemli və çoxqatlı yanaşmanın lazım olduğunu qeyd edib.
Bu baxımdan, o, gələn həftə enerji təchizatının şaxələndirilməsi imkanlarını öyrənmək üçün Aİ ekspertlərindən ibarət bir qrup Ermənistana gələcəyini söyləyib. Bu baxımdan, Avropa Komissiyasının rəhbəri izah etdi ki, Aİ Ukrayna və Moldovanın təcrübəsindən istifadə edəcək.
"Biz enerji sistemləri arasında yeni qarşılıqlı əlaqə yolları açmaqla və daha güclü regional enerji şəbəkələri yaratmaqla regionun enerji təhlükəsizliyinə investisiya qoyuruq", - deyə Lyeyen bildirib.
O, həmçinin qeyd edib ki, Aİ Ermənistana bərpa olunan enerji istehsalında kömək edir.Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Lyeyen bir gün əvvəl Bakıya səfəri zamanı Aİ-nin Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün 200 milyon avro ayıracağını açıqlamışdı.
Xəzər
“Cebheinfo.az”

