Ermənistan Avropa ilə Assosiasiya Sazişinə qoşulur

Ermənistan Avropa ilə Assosiasiya Sazişinə qoşulur

"Mən Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalamaqdan imtinasını istisna edirəm". 

"Cebheinfo. az"-ın məlumatına görə, Ermənistaın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında belə deyib.

"Bu, xüsusilə Ermənistan xalqının Ermənistan Respublikasının yürütdüyü siyasəti açıq şəkildə dəstəklədiyini bildirən hazırkı  vaxtda mümkün deyil. 

Digər tərəfdən, biz heç vaxt qarşımızab Ermənistanla Rusiya arasında münasibətlərdə böhran yaratmaq məqsədi qoymamışıq, qoymuruq və qoymayacağıq. 

Biz ölkəmizin maraqları çərçivəsində fəaliyyət göstəririk və əlbəttə ki, heç bir beynəlxalq tərəfdaşımızın maraqlarına etinasız yanaşmırıq. 

Lakin digər tərəfdən, biz heç bir tərəfdaşın maraqlarını Ermənistan Respublikasının maraqlarından üstün tuta bilmərik".

Müşfiq Abdulla
"Cebheinfo.az