Şahzadənin davamlı pul istəməsi Kralı BEZDİRİB

Şahzadənin davamlı pul istəməsi Kralı BEZDİRİB

Kral III Çarlz kiçik oğlu Şahzadə Harrinin telefon zənglərinə olduqca adi, lakin şokedici bir səbəbdən cavab verməyi dayandırıb. 

“Cebheinfo.az” xəbər verir ki, kral mütəxəssisi Kinsey Skofild bunu TalkTV-də aparıcı Ceremi Keyllə nüfuzlu bioqraf Robert Jobsona istinadən açıqlayıb.

Məlum olub ki, monarx sadəcə Susseks hersoqunun sonsuz və təkrarlanan xahişlərindən bezib."III Çarlz hələ Uels şahzadəsi ikən onun telefonuna cavab verməyi dayandırdı. 

O etiraf etdi ki, Harrinin davamlı pul istəməsi ona özünü ata kimi deyil, daha çox bankomat kimi hiss etdirir", - Skofild deyib.

Ekspertin sözlərinə görə, III Çarlz öz təhlükəsizliyi üçün Harri və Meqan Markldan uzaqlaşmağa çalışan ilk şəxs deyil. Mərhum Kraliça II Yelizaveta da belə idi.

Xəzər
“Cebheinfo.az”