Alen Simonyan Paşinyandan ayrıldı

Alen Simonyan Paşinyandan ayrıldı

Ermənistan parlamentinin sədri Alen Simonyan parlament mandatını götürməyəcəyini deyib. 

“”Cebheinfo.az”-ın məlumatına görə, Alen Simonyan bu barədə parlamentdə keçirdiyi brifinqdə açıqlama verib. 

O, spiker kimi fəaliyyətini davam etdirmək istədiyini, lakin partiyanın idarə heyətinin qərarını da qəbul etdiyini bildirib. Onun sözlərinə görə, heç bir kin-küdurəti yoxdur. Çünki o, iş proseslərinin dəyişikliyi əhatə etdiyinə inanır. 

“Bir az dincəlmək istəyirəm. Bu, mənim üçün ağıq iş dövrü idi. Unutmayın ki, bu, seçkilərdən sonrakı dövrün parlamenti idi. Biz həmkarlarımızla birlikdə bir çox çətinliklərlə üzləşdik”,-deyə Simonyan qeyd edib.

Spiker əlavə etdi ki, nəhayət şəxsi həyatını da qaydasına salmaq niyyətindədir. Eyni zamanda, o, gələcək fəaliyyətini Baş nazirlə müzakirə etmədiyini və heç bir razılaşma olmadığını bildirib. 

Lakin o, siyasi fəaliyyətini yalnız “Vətəndaş Müqaviləsi” partiyası çərçivəsində və Baş nazir Nikol Paşinyanla birlikdə təsəvvür etdiyini bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”