Dron avtobusa düşdü: Yaralananlar var
Rusiyanın Bryansk vilayətindəki Krasnaya Qora qəsəbəsi yaxınlığında Minsk–Qomel–Anapa marşrutu üzrə hərəkət edən avtobusa dron düşüb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Belarusun "Pervıy İnformatsionnıy" telekanalı məlumat yayıb.
"Bu gün saat 11:55-də Bryansk vilayətinin Krasnaya Qora qəsəbəsi yaxınlığındakı dayanacaqda pilotsuz uçuş aparatı (PUA) bir nəqliyyat vasitəsinə düşüb", - deyə telekanalın məlumatında deyilir.
Belarusun Qomel vilayətindən olan iki sürücü yüngül xəsarət alıb. Sərnişinlərin və sürücülərin təxliyəsi üçün Qomeldən xüsusi qrup yola düşüb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. Faktla bağlı xidməti araşdırma başladılıb.
Əhməd
“Cebheinfo.az

